“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:2 hesabıyla başa çatan oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna pis başlamadıq. Hesabda önə keçəndən sonra komandada bir az boşalma oldu. Bu da penalti və qolla nəticələndi. İlk qolun təsirindən tam ayılmamış qapımızda ikinci topu gördük. Matçın sonlarında iki real qol epizodumuz oldu. Bu gün uda və ya uduza bilərdik. Təəsüfləndirən odur ki, qalib gəldiyimiz oyunu heç-heçə ilə başa vurduq. Havanın da isti olması futbolçuların oynamağına mane olurdu”.