
Rafiq Hüseynov AGF-də koordinator təyin edildi
- 12 Sen 2025 20:30
- 38
Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov idmançı karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Rafiq Hüseynova təşəkkürünü bildirib.
Federasiyanın yaydığı məlumatda o da vurğulanır ki, Rafiq Hüseynov bundan sonra Azərbaycan Güləş Federasiyasında yunan-Roma güləşi üzrə koordinatoru vəzifəsini yerinə yetirəcək.