“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Misli Premyer Liqasının 16-cı turu çərçivəsində doğma meydanda "Sabah"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:


“Sabah"ı qələbə münasibətilə təbrik etmək istəyirəm. Yaxşı oynadılar, qələbəyə layiq idilər. Bütün səhvlərimizin cəzasını çəkdik. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Ancaq belə oyunlarda bütün 90 dəqiqəni yaxşı oynamaq lazımdır.


Bu cür olmağı Yankoviçin hələ tam formaya düşə bilməməyinə görədir. Çalışırıq ki, daha yaxşı olsun. Hücumçuya ehtiyacımız var. Rəhbərliyə bu barədə düşüncələrimizi çatdırmışıq. Amma qısa zamanda yaxşı hücumçu tapmaq çətin məsələdir”.