
“Qəbələ”nin futbolçusu DÇ-də ilk oyununa çıxdı
- 30 Sen 2025 22:00
- 32
Çilidə 20 yaşadək yığmalar arasında dünya çempionatı keçirilir.
Rekord.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Salihu Nasiru da bu turnirin iştirakçısıdır.
O, çıxış etdiyi Nigeriya millisi ilə ilk görüşdə Norveçə 0:1 hesabı ilə məğlub olub.
Əsas heyətdə oyuna başlayan Nasiru 78-ci dəqiqədə əvəzlənib.
Nigeriya yığması növbəti görüşünü oktyabrın 3-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.