
“Qəbələ”dən növbəti transfer
- 10 Sen 2025 23:49
- 43
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” Kamerun əsilli fransalı yarımmüdafiəçi Jando Fuşu transfer edib.
27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Fuş karyerasına Fransanın “Soşo” klubunda başlayıb. Daha sonra İspaniya təmsilçisi “Alaves”ə transfer olunan futbolçu İsrail klubu “Makkabi Hayfa”nın da formasını geyinib. Şotlandiyada “Dandi Yunayted”, İngiltərədə isə “Piterboro Yunayted”in heyətində çıxış edən Fuşun son klubu İsrail təmsilçisi “Bney Sahnin” olub.
Fuş həmçinin Fransanın U-19 və U-20 milli komandalarının şərəfini qoruyub. O Kamerunun əsas millisinin heyətində 2 oyuna çıxıb.
“Qəbələ” bunadək Rüfət Əhmədov, Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.