“Qəbələ” Ürfan İsmayılovla yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 


Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Urfan “Qəbələ”də keçirdiyi 27 oyunda 1 qol vurub.


"Qəbələ" daha öncə Emil Süleymanov, Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçin, Elvin Yunuszadə, Sənan Ağalarovla da yollarını ayırıb.