“Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov Premyer Liqanın 5-ci turunda "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə barədə bunları söyləyib:


“Çox gərgin oyun keçdi. Baxmayaraq ki, hesabda öndə idik, ikinci hissədə yenə də kobud və eyni, fərdi səhvlərdən qol buraxdıq. Bilirdik ki, rəqib standart vəziyyətlərdə güclüdür. Amma standart vəziyyətlərdən yox, kobud səhvlərimizdən qollar gördük. Bir növ özümüz özümüzə rəqibik. Oyunun sonunda təzyiqi artırdıq, rəqibi səhv etməyə məcbur etdik. Sonda da heç-heçəyə nail olduq".