“2 xal itirdik” – Berdıyev
- 19:38
- 31
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 5-ci turunda "Araz-Naxçıvan" ilə oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə barədə bunları söyləyib:
"İki fərqli hissə izlədik. Birinci hissədə bir qədər ləng oynadıq. Əvəzetmələrdən sonra oyunu sürətləndirə bildik. Yarımmüdafiə və hücum xəttində yorulan oyunçuları dəyişdirdik. Müdafiə xəttində zədə olacağını güman etmirdim. Əvəzetmə limiti dolduğuna görə zədəli müdafiəçimizi əvəz edə bilmədik. Ümumilikdə 2 xal itirdik".