“Borussiya” baş məşqçisiz qaldı
- 17:00
- 30
Mönhenqladbax "Borussiya"sı baş məşqçi Oyqen Polanskini istefaya göndərib.
Rekord.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb .
Bu qərar Bundesliqanın üçüncü turunda "Frayburq"a məğlubiyyətdən sonra verilib . "Borussiya" hazırda turnir cədvəlində sonuncu yerdədir.
Yan-Morits Lixte müvəqqəti baş məşqçi kimi çalışacaq.
Polanski komandanı 2025-ci ildən çalışdırırdı. Onun rəhbərliyi altında "Borussiya" ötən mövsümü 12-ci yerdə başa vurub.