Qəbələ rayonunda yeniyetmələr arasında üzgüçülük üzrə rayon turniri keçirilib
- 12:00
- 36
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmələr arasında üzgüçülük idman növü üzrə rayon turniri Qəbələ Olimpiya İdman Kompleksində keçirilib.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, üzgüçülük idman növünün inkişafına dəstək göstərilməsi, bu idman növünə marağın artırılması və fiziki aktivliyin təşviqi olub.
Turnir başlamazdan əvvəl iştirakçılara üzgüçülüyün insan sağlamlığına müsbət təsiri, suda təhlükəsizlik qaydaları və yarış zamanı nizam-intizama əməl etməyin vacibliyi barədə məlumat verilib. Turnirin yekununda qaliblər və fərqlənən iştirakçılar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.