“Qəbələ” klubu müdafiəçi Vinko Medimoreçlə yollarını ayırıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, ötən ilin sentyabrından “Qəbələ”yə qoşulan xorvatiyalı müdafiəçi 2020-2021-ci illər mövsümündə 26 oyunda 1 qol vurub.

O, Premyer Liqada 23, Azərbaycan kubokunda 3 matça çıxıb. Vinko yeganə qoluna çempionat matçında imza atıb.