Qazax Olimpiya İdman Kompleksində “Şəhidlərin xatirəsinə” həsr olunmuş boks üzrə 2010–2011 və 2012–2013-cü il təvəllüdlü idmançılar arasında açıq rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə 6 rayondan ümumilikdə 140 idmançı iştirak edərək öz qüvvəsini sınayıblar.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda iştirakçılar yüksək hazırlıq səviyyəsi və əzmkarlıq nümayiş etdiriblər. Yarışın yekununa əsasən qalib və mükafatçılar  diplom və müvafiq medallarla təltif olunublar.