
“Qarabağ”la ilk matçda iki adi vəziyyətdən qol buraxdıq” – Robbi Kin
- 20:40
- 46
Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Robbi Kin "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:
"Futbolçularımız sabahkı matça hazırdırlar. Heyətdə müəyyən dəyişikliklər ola bilər. Kimin start heyətində meydana çıxacağını sabah biləcəyik. İlk qarşılaşmada iki adi vəziyyətdən qol buraxdıq. "Qarabağ" futbolçuları əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bizdə isə fərqli oldu".
O, komandasının Bakıda məşqə çıxmamasının səbəbini belə izah edib:
"Mən bu kluba baş məşqçi təyin olduqdan sonra qərar vermişəm ki, başqa komandanın stadionunda məşq keçməyək. Çalışıram ki, komandamı öz stadionumuzdakı məşqlə hazırlayım".
Kin sabahkı matçda geridönüş edə biləcəklərinə inanır:
"Uzun müddətdir ki, futbolun içərəsindəyəm. Futbolçu olduğum vaxtlarda çox geridönüşlərə şahid olmuşam. Uzun illər əvvəl Çempionlar Liqasının finalında "Liverpul" 0:3 hesabı ilə geridə olarkən geridönüş etdi və sonda qalib gəldi. Yəni mümkünsüz heçnə yoxdur".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.