Premyer Liqanın son 12 turunda qələbə qazana bilməyən «Keşlə»nin futbolçuları xoş sürprizlə qarşılaşıb.

Rekord.az xəbər verir ki, oyunçulara 800-1000 manat civarında mükafat ödənilib.

Rəhbərlik oyunçuları ruhlandırmaq məqsədilə bu addımı atıb. Mükafat konkret olaraq «Qarabağ»la matçda qeydə alınan 1:1 hesabına görə kollektivə paylanılıb.

«Zirə» ilə son turda qolsuz heç-heçə edən sabiq «bankirlər»in əlavə olaraq daha 500 manat alması gözlənilir. (sportinfo.az)