2021/22 mövsümünə hazırlığını davam etdirən “Sumqayıt” yoxlama oyununda qüvvəsini sınayacaq.

Rekord.az xəbər verir ki, sözügedən komanda “Qarabağ”la qarşılaşacaq. 

İyunun 30-da “Azersun Arena”da keçiriləcək qarşılaşmaya 18:30-da start veriləcək. Bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.