"Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo karyerasını Meksikada davam etdirəcək.


Rekord.az xəbər verir ki, "Pumas" klubu 29 yaşlı hücumçunun transferini açıqlayıb.


Braziliyalı forvard yeni komandası ilə rəsmi müqavilə də imzalayıb.


2023-cü ildən "Qarabağ"ın formasını geyinən Olavio Juninyo cari ilin əvvəlində Braziliya təmsilçisi "Flamenqo"ya keçmişdi.