
“Qarabağ”ın rəqibinin heyətində dəyişiklik edildi
- 18:40
- 38
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Çelsi"nin (İngiltərə) heyətində dəyişiklik həyata keçirilib.
Rekord.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli Dario Essuqonun əvəzinə heyətə Fakundo Buonanotte daxil edilib.
Portuqaliyanın U-21 millisinin heyətində zədələnən D.Essuqo ötən həftə bud nahiyəsindən əməliyyat olunub. Bu səbəbdən onun 20 yaşlı vingerlə əvəzlənməsinə qərar verilib.
"Qarabağ" UEFA Çempionlar Liqasının 4-cü turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.