
“Qarabağ”ın rəqibinin futbolçusu: “ÇL-i qazanmaq istərdim, amma…”
- 19:40
- 36
İspaniya millisinin və “Atletik”in qapıçısı Unay Simon klubdakı çıxışı barədə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, ispaniyalı qolkiper “The Guardian”-a açıqlamasında bunları deyib:
“İnsanlar futbola müxtəlif baxır: bəziləri pulun, bəziləri titulların, bəziləri isə yanında olanlara sadiqliyin arxasınca gedir. Əlbəttə, dünyanın ən yaxşı qapıçısı olmaq, UEFA Çempionlar Liqasını qazanmaq istərdim, amma bunu “Atletik”lə etmək çox çətindir. Bununla belə, “Atletik”lə Çempionlar Liqasına vəsiqə və ya kubok qazanmaq mənə başqa yerdə 10 tituldan daha çox zövq verir”.
Simon 2014-cü ildən “Atletik”də çıxış edir. O, klubla birlikdə İspaniya kuboku və superkubokunu qazanıb. Milli komanda ilə isə Avropa çempionu və Millətlər Liqasının qalibi olub.
“Atletik” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.