
“Qarabağ”ın rəqibində 3 aylıq itki
- 18:00
- 47
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İngiltərənin "Çelsi" klubunun yeni transferi Liam Delap zədə səbəbindən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Rekord.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Entso Mareska açıqlayıb.
22 yaşlı forvard Premyer Liqanın 3-cü turunda, "Fulhem"lə matçın ilk yarısında zədələnib. Mütəxəssis onun mövqeyində Juan Pedro və ya Mark Qiunu oynada biləcəyini söyləyib.
Delap ötən yay "İpsviç"dən 31 milyon funt-sterlinq qarşılığında "Çelsi"yə transfer olunub.
"Qarabağ" UEFA Çempionlar Liqasının 4-cü turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.