UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan İngiltərənin "Çelsi" klubu öz akademiyasının yetirməsi Kiano Dayerlə müqavilə imzalayıb və onu Niderland Erediviziyasına yüksələn "Volendam”a icarəyə verib.


Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


18 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub. 


"Qarabağ" UEFA Çempionlar Liqasının 4-cü turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.


“Volendam”da Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü də forma geyinir.