Çempionlar Liqasında əsas mərhələnin 1-ci turunun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, bu gün Danimarkanın “Kopenhagen” komandası doğma meydanda Almaniya “Bayer”i ilə qarşılaşıb.


Dörd qolluq matçda qalib müəyyənləşməyib – 2:2. Meydan sahibləri iki dəfə hesabda önə keçmələrinə baxmayaraq, yekunda bu üstünlüyü əldən veriblər.


Bu qarşılaşmanı azərbaycanlı referi Əliyar Ağayev idarə edib. O, meydan sahiblərinin 3, qonaqların 2 futbolçusuna sarı vərəqə göstərib.


“Kopenhagen” ÇL-in Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir. Sözügedən komanda oktyabrın 1-də Bakıda Azərbaycan çempionunun qonağı olacaq.