UEFA Çempionlar Liqasının  1-ci turunun ən yaxşı futbolçularından ibarət simvolik komandasını təqdim edib.


Rekord.az xəbər verir ki, bu haqda qurumun sosial şəbəkə hesabları məlumat yayıb.


Rəmzi komandaya “Qarabağ”ın 24 yaşlı braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo da düşüb.


Xatırladaq ki, UEFA-nın rəyinə əsasən, Bikalyo həmçinin “Benfika” - “Qarabağ” matçının (2:3) ən yaxşı oyunçusu seçilmişdi.