
“Qarabağ”a məğlubiyyət bizi məyus etdi”
- 15:30
- 38
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"a məğlubiyyət "Benfika"nı məyus edib.
Rekord.az xəbər verir ki, bunu Portuqaliya klubunun futbolçusu Entso Barreneçea "Sport TV"yə açıqlamasında deyib.
O, bu matçı unudub çempionata köklənəcəklərini söyləyib:
"Biz kollektiv oyun nümayiş etdirirdik, irəlidə oynayırdıq və sakit idik. UEFA Çempionlar Liqasında səhvlərə yol verilməməlidir. Nəticə bizi məyus edir. Diqqətimizi çempionat oyununa yönəltməliyik. UEFA Çempionlar Liqası fərqli yarışdır. Hətta hesabda 2:0 öndə olmaq belə rahatlaşmağa əsas vermir. Biz danışacağıq və növbəti matça köklənəcəyik".
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"nı üstələyib - 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.