
“Qarabağ” Şeydayevi transfer etdiyini açıqladı
- 18 Sen 2025 22:31
- 38
"Qarabağ" Ramil Şeydayevi transfer etdiyini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam klubu 29 yaşlı hücumçunu yenidən sıralarına cəlb edib. Futbolçu Ağdam təmsilçisində 77 nömrəli formanı geyinəcək.
Şeydayev son olaraq "Neftçi"də çıxış edib. O, daha əvvəl 2017/2018 mövsümündə və 2021-ci ildən 2023-cü ilə qədər "Qarabağ"ın uğurları üçün çalışıb.