"Qarabağ" rusiyalı milliləşdirilmiş futbolçusu Aleksey İsayevi icarəyə verməyi düşünür.

Rekord.az xəbər verir ki, hazırda zədədən əziyyət çəkən 30 yaşlı yarımmüdafiəçi oktyabrdan  tez yaşıl meydanlara dönə bilməyəcək.

Qurban Qurbanov onsuz da bu futbolçunun xidmətindən avrokuboklarda istifradə etmirdi və sırf milliləşdirilmiş futbolçu olduğu üçün daxili çempionatda şans verirdi. Artıq limit də götürüldüyü üçün baş məşqçinin belə bir məcburiyyəti də yoxdur. Etiraf edək ki, hazırda Alekseyin mövqeyində olan futbolçuların səviyyəsi daha yüksəkdir və uzun müddətli zədədən sonra İsayevin qayıdıb əsas heyət uğurunda rəqabət aparacağı inandırıcı deyil. Bu baxımdan ən uyğun variant onun icarəyə verilməsidir. 

Qeyd edək ki, İsayevin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yanvarında başa çatır.