Yeni mövsümə hazırlıqlarını Bakıda davam etdirən “Qarabağ” klubu iyunun 26-da “Keşlə” ilə yoxlama oyunu keçirəcək.

Rekord.az xəbər verir ki, “Azərsun Arena”da keçiriləcək oyuna saat 18:00-da start veriləcək.

“Qarabağ” toplanışın ilk mərhələsini Bakıda keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Keşlə”dən sonra iyunun 30-da “Sumqayıt”la qarşılaşacaq.

Toplanışın ikinci mərhələsi Avstriyada olacaq. 12 günlük hazırlıq müddətində 3 yoxlama oyunu planlaşdırılır. Komanda iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-nə nəzərdə tutulan oyunda isə rəqib isə Rusiya “Arsenal”ı (Tula) olacaq. Sonuncu rəqibin adına daha sonra aydınlıq gələcək.