
“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində!
- 27 Avq 2025 22:39
- 48
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi bu turnirin pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşıb.
Bu komandalar arasında Budapeştdə keçirilmiş ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabıyla qalib başa vurmuşdu. Bu üzdən cavab görüşündə ən azı heç-heçə də Ağdam klubunu növbəti mərhələyə daşıyacaqdı. Beş qolluq oyunda qələbəni qonaqlar bayram ediblər. Amma ümumi nəticədə rəqibindən daha üstün olan "Qarabağ" ÇL-in Liqa mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu
27 avqust
Qarabağ - Ferentsvaroş 2:3
Qollar: Leandro Andrade, 25. Abdulla Zubir, 45 - Lenni Yozef, 13. Barnabaş Varqa, 55-pen. Aleks Tot, 82.
Hakimlər: Kleman Turpen, Nikolya Danos, Aleksis Ojer, Romen Lissorq (hamısı Fransa).
Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdulla Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabyan Buntiç, 3. Semi Mmae, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Ferentsvaroş: 90. Denes Dibuş (k), 5. Nabi Keyta, 10. Conatan Levi, 19. Barnabaş Varqa, 23. Bençe Ötvös, 25. Çebralis Makreçkis, 27. İbrahim Sisse, 28. Toon Raemakers, 36. Qabi Kaniçovski, 47. Kallum O`Dovda, 75. Lenni Yozef.
Ehtiyat oyunçular: 99. David Qrof, 3. Stefan Qartenmann, 7. Daniel Arzani, 8. Aleksandar Peşiç, 16. Kristoffer Zakariassen, 21. Endre Botka, 22. Qabor Salai, 30. Şombor Qruber, 33. Kadu, 64. Aleks Tot, 72. Adam Madaraş, 77. Barnabaş Naqi.
Baş məşqçi: Robbi Kin.