
“Qarabağ” Azərbaycan futbolunun gücünü Avropaya göstərdi” – Tahir Gözəl
- 14:00
- 34
"Qarabağ" Azərbaycan futbolunun gücünü Avropaya göstərib.
Rekord.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
O, Heydər Əliyev Hava Limanında komandanın qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlama verib:
"Bu, böyük zəfərdir. Xalqımıza və Prezident İlham Əliyevə həsr edirik. Qürur duyuruq. "Qarabağ"ın sistemi və illərin təcrübəsi var. Bu, klubdakı birliyin nəticəsidir. Avrokuboklarda 9 matçda uduzmamışıq. Möhtəşəm klubuq".
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.