Cari mövsüm qışdan sonra "Qarabağ"da əsas heyətdəki yerini itirən Qara Qarayevin klubu tərk etmək ehtimalı var idi.

Rekord.az xəbər verir ki, hətta "Zirə"nin onu öz heyətinə qatmaq niyyəti ilə bağlı məlumatlar da var idi.

Lakin son məlumat ondan ibarətdir ki, böyük ehtimalla Qara Ağdam klubunda qalacaq. Belə ki, baş məşqçi Qurban Qurbanov təcrübəli ehtiyat qüvvə kimi Qaranı saxlamaq istəyir. Futbolçu özü də hazırkı durumundan ciddi şəkildə narazılıq eləmir və baş məşqçinin Romulo seçimini hörmətlə qarşılayır. Bütün bunlara əsasən demək olar ki, "2" nömrə yaxın günlərdə "Qarabağ"la yeni müqavilə bağlayacaq.