"Qalatasaray”ın futbolçusu Pşemıslav Frankovski karyerasını Fransada davam etdirəcək.


Rekord.az xəbər verir ki, polşalı yarımmüdafiəçi “Renn”lə anlaşıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı oyunçu 2025/26 mövsümünü Liqa 1 təmsilçisində icarədə keçirəcək.


Frankovski bu ilin fevral ayında Fransa "Lans"ından “Qalatasaray”a keçmişdi.