Qalatasaray" Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti dəfə Azərbaycana dəstək olub.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə Superliqasının 5-ci turunda bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq "Alanyaspor"la ev oyunu öncəsi  "Türk Telekom Arena"ya iki ölkə bayrağının yer aldığı pankartlar yerləşdirilib. Pankartlarda Azərbaycan və Türkiyə ilə bağlı şüarlara yer verilib.

Qeyd edək ki, "Qalatasaray" bundan əvvəl Superliqanın 3-cü turunda "Fənərbaxça" ilə ev oyununda stadionda ölkəmizə dəstək məqsədi ilə pankart nümayiş etdirmişdi. Pankartda "Tək millət, iki dövlət" sözləri yer alıb. Sözügedən pankartın fotosu "Qalatasaray"ın sosial şəbəkə hesablarında "Qardaşlarımızın yanındayıq!" başlığı ilə paylaşılmışdı.