UEFA superkubokunun qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının son qalibi PSJ (Fransa) ilə Avropa Liqasını qazanan "Tottenhem" (İngiltərə) üz-üzə gəlib.

İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçirilmiş görüşün əsas vaxtında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2. Qaydalara əsasən, birbaşa penalti zərbələrinə keçilib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən PSJ superkubokun qalibi olub – 4:3.

Bu oyunda Azərbaycanın FİFA referisi Elçin Məsiyev də iş başında olub. O, Juan Pineyrunun (Portuqaliya) idarə etdiyi matçda dördüncü hakim funksiyasını yerinə yetirib.

UEFA superkuboku
13 avqust

PSJ - Tottenhem 2:2 (penaltilər - 4:3)
Qollar: Kan Li, 85. Qonsalo Ramos, 90+4 - Van de Ven, 39. Kristian Romero, 48
Hakimlər: Juan Pineyru, Brunu Jezuş, Lusianu Maya (hamısı Portuqaliya).
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan).
Udine, "Friuli" stadionu.