Fransa təmsilçisi PSJ-nin qapıçısı Renato Marin klubun tarixinə düşüb.


Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, oyunçu buna ölkə kubokunun 1/32 finalında "Fontene"ni məğlub etdikləri matçda iştirak etməklə nail olub.


O, Paris komandasının tarixində 21-ci əsrdə rəsmi qarşılaşmada meydana çıxan ən gənc qolkiperdir. Renato Marin bunu 19 yaş 5 ayında bacarıb.


PSJ rəqibini dörd cavabsız qolla üstələyib.