PSJ-nin futbolçusu Qonsalo Ramos "Real"ın hücumçusu Kilian Mbappenin rekordunu təkrarlayıb.


Rekord.az xəbər verir ki, 24 yaşlı hücumçu bunu UEFA Çempionlar Liqasının 1-ci turunda "Atalanta"nı (İtaliya) 4:0 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb.


Görüşün 58-ci dəqiqəsində meydana daxil olan hücumçu əlavə vaxtda fərqlənməyi bacarıb. Bu onun PSJ-nin heyətində əvəzləmədən meydana çıxdıqdan sonra vurduğu 16-cı qol olub. Bununla da o, klub tarixində əvəzləmədən meydana çıxdıqdan sonra ən çox qol vuran ikinci futbolçu olub.


Ramos PSJ-nin heyətində meydana çıxdığı 92 matçda ümumilikdə 35 qola, 8 məhsuldar ötürməyə imza atıb.