PSJ-nin 40 azarkeşi həbs olundu
- 21:30
- 28
Paris polisi PSJ klubunun təxminən 40 azarkeşini saxlayıb.
Rekord.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Belə ki, Eyfel qülləsi yaxınlığında atəşfəşanlıq təşkil etdiyinə görə 40 nəfər həbs edilib.
Məlumata görə, dekabrın 27-də axşam saatlarında PSJ azarkeşləri Eyfel qülləsi qarşısına toplaşıb. Onlar komandanın 2025-ci ildəki uğurlarını qeyd etmək məqsədilə onlarla pirotexniki vasitə (fayer) yandırıblar.
Yerli vaxtla saat 20:50 radələrində baş verən hadisəyə polis müdaxilə edib və faktla bağlı araşdırma başladılıb. Bildirilir ki, insident zamanı xəsarət alan olmayıb.
2025-ci il Paris klubu üçün tarixi il olub. Komanda bu il ərzində 6 titul qazanıb və tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.