
PSJ-dən Yunanıstan klubuna
- 24 Avq 2025 17:24
- 49
Fransanın PSJ klubu futbolçusu Renato Sançesi icarəyə verib.
Rekord.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Panatinaikos”a keçib.
Portuqaliyalı oyunçu 2025/2026 mövsümündə Yunanıstan təmsilçisinin formasını geyinəcək.
Sançes 2024/2025 mövsümündə icarə əsasında Portuqaliyanın “Benfika” komandasında çıxış edib.