PSJ-nin baş məşqçisi Luis Enrike velosipeddən yıxıldıqdan sonra körpücük sümüyünü sındırıb.


Rekord.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.


Məlumata görə, ispaniyalı mütəxəssis xəstəxanaya çatdırılıb və əməliyyat olunacaq.


"Paris Sen-Jermen" Luis Enrikeyə tam dəstəyini ifadə edir və ona tezliklə sağlamlığına qovuşmağı arzulayır. Klub yaxın vaxtlarda əlavə məlumat təqdim edəcək", - Fransız nəhənginin açıqlamasında deyilir.


Luis Enrike 2023-cü ilin yayında PSJ-yə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında klub ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, Kubok və Superkuboku qazanıb.