2025/26 mövsümünün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda məlum olub.


Rekord.az xəbər verir ki, bu, "Vulverhempton"dur.


33-cü turda “Vest Hem”in “Kristal Pelas”la heç-heçə etməsindən (0:0) sonra 20-ci pillədə yer alan “Vulverhempton”un elitada qala bilməyəcəyi dəqiqləşib.


17 xalla 20-ci pillədə olan “canavarlar” sona beş tur qalmış hər oyunda qalib gəlsə belə, autsayderlər zonasından çıxa bilməyəcək.


Rob Edvardsın komandası yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.


2025/26 mövsümünün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda məlum olub.