Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.

Rekord.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Xəbərdə, 3-9 may aralığında 2712 nəfərdən götürülmüş koronavirus testlərindən birinin nəticəsinin müsbət olduğu bildirilib.

Koronavirusa yoluxan şəxsin adı açıqlanmayıb və o, 10 günlük karantinə alınıb.