21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.


Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B qrupunun 1-ci turunda, sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.


Qeyd edək ki, U-21 sentyabrın 9-da seçmə mərhələnin 2-ci turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.