PSJ-nin baş məşqçisi Maurisio Poçettino "Real"ın kapitanı Serxio Ramosu transfer edib-etməyəcəkləri ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis məsələyə belə münasibət bildirib: "Bu suallara cavab verməyəcəyəm. Çünki deyəcəyim hər şey başqa cür çatdırıla və ya səhv başa düşülə bilər. Ramos başqa klubun oyunçusudur. Yalnız onu söyləyə bilərəm ki, hər bir komanda kimi biz də bütün mövqeləri gücədirmək istəyirik".

Qeyd edək ki, Ramosun "Real"la hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.