PSJ-nin baş məşqçisi Maurisio Poçettino hücumçu Lionel Messinin zəif çıxışından danışıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, o, argentinalı hücumçuilə bağlı deyib: 

“Leo həmişə qol vuran futbolçudur. Bu, zaman və səmərəlilik məsələsidir. Onun hər oyunda şansları çoxdur. Top gec-tez qapıya dəyməyə başlayacaq və Messinin bizə böyük faydası olacaq. O, artıq buna başlayır.

Qeyd edək ki, Messi bu mövsüm Fransa çempionatında 8 oyunda cəmi 1 qol vurub.