Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenko Azərbaycanı təmsil edəcək.


Rekord.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.


Bildirilib ki, Rusiya Fiqurlu Konkisürmə Federasiyası (RFKF) 13 yaşlı idmançının Azərbaycan millisinə keçidini təsdiqləyib. O, Beynəlxalq Konkisürmə Birliyindən xüsusi sənəd alındıqdan sonra ölkəni təmsil edəcək.


Plyuşenko atası ilə birlikdə buz şoularında iştirak edir. O, 2017-ci ildən "Plyuşenkonun mələkləri" akademiyasında məşğul olur.


Mənbənin məlumatına görə, RFKF Rusiyanın gənclər arasında birinciliyinin gümüş mükafatçısı, 18 yaşlı fiqurlu konkisürən Veronika Jilinaya da Azərbaycan bayrağı altına keçməyə icazə verib.