Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.


Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.


O, 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək Qazaxıstan - Uels oyununun UEFA nümayəndəsi olacaq.


Qarşılaşma Astana şəhərində yerləşən “Astana Arena”da baş tutacaq.