
PFL ötən mövsümün hesabatını hazırladı
- 14:45
- 56
Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 2024/25 mövsümünün yekunları və statistik göstəricilərinə həsr olunmuş xüsusi hesabat hazırlayıb.
Rekord.az xəbər verir ki, burada mövsümün ümumi, ev-səfər turnir cədvəlləri, turlar və dövrələr üzrə tamaşaçı sayları, ən məhsuldar futbolçular, ən çox qol ötürməsi edənlər, klubların heyətləri, eyni zamanda bütün futbolçuların statistikası, komanda və oyunçuları əhatə edən bir çox önəmli göstəricilər əhatə olunub.
Nəfis tərtibatda hazırlanan hesabat, həmçinin çempionatda vurulmuş qolların dəqiqə aralığı, penaltilərə aid xüsusi məlumatlar, cərimə və vərəqələrə aid rəqəmlər, diqqət çəkən maraqlı nüanslarla zəngindir. Statistik hesabat Premyer Liqanın inkişaf dinamikasını da nümayiş etdirir.
Hesabatın hazırlanmasında əsas məqsəd həm mövsümün ümumi mənzərəsini təqdim etmək, həm də futbol ictimaiyyətini əhatəli informasiya ilə təmin etməkdir. PDF formatında hazırlanan sənəd klublar, media nümayəndələri, futbolsevərlər, eləcə də “pfl.az” saytının bütün izləyiciləri üçün əlçatandır. PDF-ə baxmaq və ya yükləmək üçün saytımızın “Arxiv” bölməsinin “ölkə futbolu” altbölməsindən 2024/25 mövsümünə keçid etmək və ya bu linkə toxunmaq lazımdır.