
Peşəkar Futbol Liqasından 2-ci Liqa klublarına dəstək
- 14:45
- 31
Peşəkar Futbol Liqası (PFL) 2-ci Liqada çıxış edəcək klublara dəstək olur.
Rekord.az xəbər verir ki, komandaların maddi-texniki bazasına dəstək məqsədilə PFL hər bir kollektivə 2025/2026 mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək.
Yeni mövsümdə 2-ci Liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.