İtaliyanın “Parma” klubu baş məşqçisi Cüzeppe Yakini ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub B seriyasındakı uğursuz mövsüm səbəbindən 58 yaşlı mütəxəssislə yollarını ayırmaq qərarı alıb.

“Parma” 2021/22 mövsümünü 12-ci pillədə başa vurub.

Yakininin klubla müqaviləsi 2023-cü ilin yayına qədər idi.