Futbol üzrə Avropa Konfrans Liqasında 3-cü mərhələyə start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

İrlandiyanın “Bohemian” klubu doğma meydanda Yunanıstan PAOK-u üzərində qələbəyə sevinib. Şimali İrlandiya “Linfild”i isə evdə Lüksemburq “Fola”asına uduzub.

Mərhələnin qalan oyunları avqustun 5-də keçiriləcək. 

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsi

3 avqust

Bohemian (İrlandiya) – PAOK (Yunanıstan) 2:1

Linfild (Şimali İrlandiya) – Fola (Lüksemburq) 1:2