“Oyuna tribunadan baxmaq xoşuma gəlmədi” – Kompani
- 14:40
- 21
“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının yarımfinalında PSJ ilə oyunu tribunadan izləmək məcburiyyətində qalıb.
Belçikalı mütəxəssis sarı vərəqə limitini doldurduğu üçün yarımfinalın ilk matçında diskvalifikasiya olunmuşdu və ehtiyat oyunçular skamyasında yer ala bilməyib. Münhen təmsilçisi dünən keçirilən qarşılaşmada rəqibinə 4:5 hesabı ilə məğlub olub.
Rekord.az xəbər verir ki, Kompani oyundan sonra matçı tribunadan izləməyin xoşuna gəlmədiyini gizlətməyib və həmkarı Luis Enrikeyə də maraqlı mesaj ünvanlayıb:
“Oyuna tribunadan baxmaq xoşuma gəlmədi. Luis Enrikeyə dedim ki, bunu öz istəyi ilə niyə etdiyini anlamıram. Amma komandamın xarakter göstərməsi xoşuma gəldi. Bu, futbolsevərlər üçün əsl matç idi”.
Komandalar arasında cavab qarşılaşması mayın 6-da, Münhendəki “Alyans Arena”da keçiriləcək.