
“Ordu”ya qarşı oyunumuz alınmadı”
- 10 Okt 2025 21:00
- 43
"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının 2-ci turunda "Ordu" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, mütəxəssis 68:96 hesabıyla məğlub olduqları qarşılaşmanı şərh edib:
"İlk qələbədən sonra bu gün də qalibiyyət istəyirdik. Təəssüf ki, uduzduq. Demək olar ki, oyunumuz alınmadı. Məşqlərimizi tam edə bilmədik. Çünki oyunçularımızın bəziləri xəstə idi. Zaur Paşayev III MDB oyunlarında idi. Məşqlərimizdə bir qədər axsama oldu. Oyunumuz tamamilə alınmadı. Eyni zamanda da "Ordu"nu təbrik edirəm. Çox möhtəşəm iş gördülər. Həm atışlarda, həm də müdafiədə çox yaxşı çıxış etdilər. Toparlanıb növbəti matçda qələbə qazanmağa çalışacağıq".